Vaxt.Az

Araqdan zəhərlənmə


 

Cəliabad sakinləri toydan sonra xəstəxanaya aparılıb

Araqdan zəhərlənmə Cəlilabad rayon sakinləri alkoqoldan zəhərləniblər.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 15-də Cəlilabad şəhər sakinləri Həmid Nəsirov, Aqil Əliyev və Orxan Nəsirov alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər spirtli içkidən zəhərləniblər. İlkin məlumatlara əsasən, onların vəziyyəti toy məclisində içdikləri spirtli içkidən sonra pisləşib.

Faktla bağlı araşdırma aparılır.

 





16.10.2014    çap et  çap et