Vaxt.Az

«Səhvini etiraf etmək böyüklükdür»


 

Leyla Yunus prezidentdən əfv diləyə bilər

«Səhvini etiraf etmək böyüklükdür» «Rəsul Cəfərovun prezidentə müraciət etməsi müsbət dəyərləndirilməlidir». Bunu AzVision.az-a açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib. «Sadəcə müraciətdə etiraf olunmalıdır ki, mən müəyyən xətalara yol vermişəm, bunu etiraf edirəm, amma həbsdə qalmağım məqsədəuyğun deyil və s.».

Oxşar addımı Leyla Yunusun ata biləcəyinə gəlincə isə millət vəkili bunun da mümkün olduğunu qeyd edib.

«Səhvini etiraf etmək böyüklükdür. Qanunda da buna həmişə müsbət yanaşılıb. Kimliyindən asılı olmayaraq səhv edənin əks tərəfdən üzr istəməsi vacibdir. Ona görə də həbsdə olanların bu cür ərizələr yazmasını qınamaq olmaz. NİDA-çılar da müraciətlər ediblər, bunu da alqışlayıram. Amma bu müraciətlər səmimi olmalı, onlardan gələcəkdə istifadə etmək məqsədilə edilməməlidir. Leyla Yunus da insandır, ola bilər ağlı başına gələcək, o da müraciət ünvanlayacaq. Səhvlərini götür-qoy edib düşünəcək».


 





16.10.2014    çap et  çap et