Vaxt.Az

Azərbaycan üçün kritik gün...


 

Parisdə işğaldakı torpaqlarımız, həmin torpaqlarımızda isə girov vətəndaşlarımız...

Azərbaycan üçün kritik gün... Bu gün Ermənistan tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyev və Dilqəm Əsgərovun «məhkəmə»si keçiriləcək. Proses Xankəndidə baş tutacaq.

Qeyd edək ki, oktyabrın 8-i Xankəndi şəhər məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əsgərovla istintaq materiallarının artıq məhkəmə verildiyini, ancaq prosesin konkret başlama tarixinin hələ müəyyənləşdirilmədiyini bildirmişdi. «Məhkəmə» prosesi Anatoli Tadevosyanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Bundan əlavə Kəlbəcər girovlarının məhkəməsi ilə eyni gündə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüş Fransa prezidenti Fransua Ollandın iştirakı ilə Yelisey sarayında keçiriləcək. Hazırda bütün diqqətlər prezidentlərin görüşünə və girovların məhkəməsinə yönəlib.

 





27.10.2014    çap et  çap et