Vaxt.Az
Ərdoğan erməniləri «ağıllı olmağa» çağırdı
«Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi»
«On illərdir ki, Türkiyəyə 1915-ci ildə baş vermiş olaylarla bağlı haqsızlıq edilir. Çox təəssüf ki, 1915-ci il hadisələri ideoloji yanaşmadan, dezinformasiyadan uzaq tutularaq, araşdırılmayıb. Bizim bununla bağlı normal davranışlarımıza rəğmən Ermənistan və erməni diasporu sağlam fikirli yanaşma nümayiş etdirmədi». APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Beynəlxalq Əlaqələr İnstitutundakı çıxışında deyib. Ərdoğan bildirib ki, Türkiyə bu məsələnin siyasət predmeti olmadığını, tarixçilərin öhdəsinə buraxılmasını təklif edib: «Biz arxivlərimizi açdıq, indiyə qədər 1 milyondan çox sənəd təsnif etmişik.Ermənistanın əlində belə bir arxiv
varsa, açsın, üçüncü ölkələrdə varsa, onlar da açsınlar. Bu sənədlər üzərində
tarixçilər, arxeoloqlar, hüquqşünaslar, siyasi araşdırmaçılar çalışsınlar. Biz
də onların çıxardığı nəticələrə görə addım ataq». Türkiyə prezidenti bildirib
ki, onlar Ermənistanla münasibətləri fərqli formada iştirak etmək üçün çalışıb,
əllərini uzadıblar: «Təəssüf ki, xoş niyyətimizə qarşılıq görmədik. 2015-ci ildə
də 1915-ci il olaylarının ildönümündə biz gerçəklərin anladılmasına, dünyanın həqiqətləri
dinləməsinə çalışacağıq. Bu məsələdə ideologiyaya məriz qalan dezinformaniyanın
deyil, tarixi həqiqətlərin uğur qazanacağına inanırıq».
01.11.2014 çap et