Gürcüstan xarici işlər naziri Maya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib. Bu barədə azVision.az «RİA Novosti»yə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Gürcüstanda müdafiə naziri İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra Avrointeqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili də istefa edəcəyini bildirib.
Son müsahibəsində Petriaşvili «Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm»- deyə bildirmişdi.
çap et