«Azərneftyağ» Neft Emalı Zavodunun yaxın 2-3 ilə istismarının dayandırılması planlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin prezidenti (SOCAR) Rövnəq Abdullayev bildirib.SOCAR prezidenti qeyd edib ki, istismarın dayandırılmasından sonra zavodun binası da söküləcək:
«Zavodun fəaliyyətinin dayandırılması üçün hazırlıq işləri görülür. Yəqin ki, 2017-ci ilə bitum və müəyyən yağ istehsalı Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək. Bundan sonra isə zavodun istismarı dayandırılacaq», - deyə o əlavə edib.
çap et