Vaxt.Az

Qaribaşvili ölkədəki siyasi böhrandan danışdı


 

Baş nazir müavinləri istefaya göndərdi

Qaribaşvili ölkədəki siyasi böhrandan danışdı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkədə davam edən siyasi böhrana münasibət bildirib. Bu barədə AzVision.az gürcü KİV-ə istinadən xəbər verir.

Qaribaşvili bildirib ki, baş verən istefalara baxmayaraq Gürcüstanın xarici siyasətində heç bir dəyişiklik olmayacaq: «Ölkənin xarici siyasət kursunda dəyişiklik olmayacaq, bu bizim ölkənin və hökumətimizin seçimidir. Biz bu işi sona çatdıracağıq», - deyə Qaribaşvili vurğulayıb. 

Bu arada İrakli Qaribaşvili ölkənin müdafiə nazirliyinin istefaya göndərilməsi ilə bağlı sərəncam imzalayıb. 

«Müdafiə nazirinin birinci müavini və müavinlərinin səlahiyyətləri dayandırılmışdı», - deyə ölkə hökumətinin saytında dərc olunan məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.

Daha əvvəl Gürcüstanda Müdafiə Naziri İrakli Alasaniyanın istefaya göndərilməsindən sonra Avrointeqrasiya işləri üzrə nazir Aleksi Petriaşvili də istefa edəcəyini bildirib.

Son müsahibəsində Petriaşvili «Diktatura yaxınlaşır, demokratiya təhlükədədir. Sabah mən yazılı şəkildə baş nazirə istefa barədə müraciət edəcəm» - deyə bildirmişdi.

 





05.11.2014    çap et  çap et