«Xüsusilə alimentlərin verilməsində ciddi problemlər var. Boşanmalardan sonra bir çox kişilər aliment ödəməkdən imtina edirlər ki, bu da xeyli problemin yaranmasına səbəb olur. Ona görə də hesab edirəm ki, Azərbaycanda aliment fondu yaradılmalıdır. Dövlətimizin maliyyə imkanları da belə bir fondun yaradılmasına imkan verir».
E.Süleymanova qeyd edib ki, Azərbaycanda böyrək çatışmazlığı, dializdən əziyyət çəkənlərin sayı da xeyli dərəcədə artmaqdadır:
«Bu xəstəliklər son illərdə daha çox usaqlar, gənclər arasında özünü göstərməkdədir. Ona görə də Azərbaycan hökumətindən xahiş edərdim ki, növbəti ilin büdcəsində böyrək çatışmazlığı, dializdən əziyyət çəkən insanların müalicəsi üçün ayrılan vəsaitin həcmini artırsınlar. Buna çox ciddi ehtiyac var».