AzVision.az xəbər verir ki, bunu 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin parlamentin Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, regional məsələlər komitələrinin birgə iclasında müzakirə zamanı millət vəkili, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.
Rektor universitetin yataqxanasının olmamasından gileylənib: «BDU-da 21 min tələbə təhsil alır, 4 minə yaxın isə müəllim heyəti çalışır. Ancaq bu gün universitetin bir nəfərlik də olsun yataqxanası yoxdur. Yataqxanası olmayan universitetin hansı reytinqindən danışmaq olar? Hesab edirəm ki, artıq universitetlərin yataqxanalarla təmin olunması məsələsi öz həllini tapmalıdır».