AzVision.az xəbər verir ki, bu sözləri Regional Məsələlər komitəsinin sədri Arif Rəhimzadə Milli Məclisdə 2015- ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri hesab edir ki, bu rəqəm hər dəfə artırılmalıdır: «Bələdiyyələrinə fəaliyyətinə bu cür qiymət vermək yerli özünüidarəetmə orqanlarının işini kifayət qədər qiymətləndirməməkdən irəli gəlir. Bələdiyyələr Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasının əsas amillərindən biridir. Odur ki, mövcud problemi hər dəfə qabartsaq da, bu barədə konkret rəqəmə gəldikdə hərəkət yoxdur».