Vaxt.Az

«Alçaqlıqdır, vəhşilikdir...»


 

«Səssiz qalmamız mümkün deyil»

«Alçaqlıqdır, vəhşilikdir...» Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Məscidi-Əqsaya basqın etməsinə sərt münasibət bildirib.

Ərdoğan İsrailin bu addımını alçaqlıq və vəhşilik adlandırıb: «Məscidi-i Əqsa bizim üçün iki qiblədən biridir. Yalnız ərəbləri deyil, bütün müsəlmanları maraqlandıran bir şeydir. Bu vəhşi və alçaqca cəhd bağışlanıla bilməz, bizim səssiz qalmamız mümkün deyil».

Türkmənistan səfəri öncəsi maraqlı açıqlamalar verən Ərdoğan deyib ki, 36-cı paraleldə (İraq və Suriya) baş verənləri fonunda Məscidi-i Əqsa hadisəsini diqqətdən qaçırmaq olmaz: «Burada bir planlaşdırma var, strateji yanaşma var. Üzərində həssaslıqla dayanılmalıdır» (ANS).

 





07.11.2014    çap et  çap et