Beruçaşvili uzun müddətdir ki, Gürcüstan XİN-də işləyir. O, Avrointeqrasiya üzrə nazirin müavini işləyib. Beruçaşvili daha əvvəl Qaribaşvilinin vəzifəsindən kənarlaşdırdığı müdafiə naziri İrakli Alasaniyaya dəstək verərək vəzifədən gedən Mayya Pancikidze ilə birgə istefa verib. Lakin baş nazirlə söhbətdən sonra Beruçaşvili nazirlikdə işə qayıdıb.
Təqdimat zamanı baş nazir vurğulayıb ki, yeni nazir Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmasının tərəfdarıdır və onlar bu işin həyata keçməsi üçün maksimum səy göstərəcəklər.
Qeyd edək ki, noyabrın 5-də Gürcüstan xarici işlər naziri Mayya Pancikidze tutduğu vəzifədən istefa verdiyini bəyan edib.