Vaxt.Az

Yol polisində himn biabırçılığı


 

Dövlət idarəsində dövlətin atributu təhrif olunub

Yol polisində himn biabırçılığı Bakı şəhərində yerləşən Yol Polisi İdarələrindən birində Dövlət himninin yazılışında kobud səhvə yol verilib.

Bu barədə AzVision.az-a daimi oxucularından biri məlumat verib. Redaksiyamıza göndərilən fotoya diqqət yetirdikdə Dövlət himninin 2 və 3-cü bəndlərinin yerinin səhv yazıldığını görmək olar.

Fotonun hansı Yol Polisi İdarəsində çəkildiyi məlum deyil. 

AzVision.az bu barədə dəqiqləşdirmə apararaq əlavə məlumat verəcək.


Azərbaycanın dövlət himni:

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

Üçrəngli bayrağınla məsud yaşa!


Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!


Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!


Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə

Namusunu hifz etməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən! Şanlı Vətən!

Azərbaycan! Azərbaycan!

Azərbaycan! Azərbaycan!

 





12.11.2014    çap et  çap et