Ermənistanın hakim «Respublika» partiyası «Dağlıq Qarabağ Respublikası» (DQR) beynəlxalq aləm tərəfindən tanınana qədər hakimiyyətdə qalmaq niyyətindədir.
AzVision.az-ın məlumatına görə, bu barədə ölkə parlamentinin sədri Qalust Saakyan jurnalistlərə açıqlamasında bildirib.
Jurnalistlərdən birinin «məhz bu səbəbdən Qarabağ münaqişəsinin həlli uzanır» sualına cavab olaraq Qalust Saakyan belə cavab verib: «Problemin həlli Azərbaycanın qeyri-konstruktiv mövqeyinə görə yubanır».
çap et