Partiyadan verilən məlumata görə, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası bugünkü iclasında daxil olan şikayət ərizələrini müzakirə edərək, Kamil Xəlilbəylinin partiya sıralarından xaric edilməsi haqqında qərar qəbul edilib.
MNTK partiyanın nüfuzuna xələl gətirən, partiyanın ideoloji-siyasi xəttinə zidd olan fəaliyyətlə bağlı partiya üzvlərinə aşağıdakı məzmunda xəbərdarlıq edib.
Xəbərdarlıq mətnini təqdim edirik:
«Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası partiyanın VIII Qurultayının qərarlarını tanımamaq, Müsavat Partiyasının müvafiq strukturlarının qərarlarına tabe olmamaq, partiya Nizamnaməsində nəzərdə tutulmayan fraksiya və başqa adda paralel strukturlar yaratmaq cəhdlərinin təşkilatçılarını bu addımlardan çəkinməyə çağırır.
MNTK bu fəaliyyəti davam etdirən partiya üzvləri haqqında Nizamnamə çərçivəsində müvafiq qərarların qəbul edilə biləcəyi barədə xəbərdarlıq edir».