Bildirib ki, ötən ay Qırmızı Xaç Cəmiyyətin Azərbaycandakı nümayəndəliyinə göndərdiyi məktubun Şahbaz Quliyevə çatıb-çatmamasından xəbərsizdir.
«Artıq bir aydan çoxdur ki, qardaşımın adına məktub yazmışıq, ancaq hələ də onun Şahbaza çatması haqqında məlumatımız yoxdur. Nə də ki, onun özündən hansısa məktub və ya yeni bir məlumat əldə edə bilirik. Çox narahatıq. Bizə kömək edin, bilmirik nə edək. Məhkəmədən çəkilən kadrlarda da görünür ki, çox arıqlayıb. Səhhətinin necə olması haqqında heç olmasa hansısa bir məlumat və ya yeni foto verilsə, bir az rahat olarıq», - deyə İ. Quliyev qeyd edib.
Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba torpaqlarına səfər etmiş azərbaycanlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Ötən gün Qondarma Dağlı Qarabağ Respublikasında qurulan «məhkəmə» qarşısına çıxarılıblar.
Öz torpaqlarında işğalçılar tərəfindən məhkəməyə çıxarılan azərbaycanlılar müxtəlif cinayətlər törətməkdə günahlandırılır.