Buna görə də, Artur Sakuns helikopterin vurulmasının dəqiq araşdırılmasını vacib sayır: «Əks halda, bu, müxtəlif cür manipulyasiyalara və psevdopatriotik çıxışlara səbəb olacaq».
Politoloq hadisənin Rusiyanın təsiri altında baş verdiyini vurğulayır: «Rusiya bir tərəfdən Ermənistan ordusunun təmas xəttinə yaxın ərazidə təlim keçməsinə mane olmadı. Digər tərəfdən Azərbayjanın bu gərginliyə səbəb olmuş addımının qarşısını almadı. Tərəfləri qızışdıran Rusiya desicnmeyker rolu qazanır». (Burada qeyd etmək lazımdır ki, Artur Sakuns əksər erməni politoloqların istifadə etdiyi «Dağlıq Qarabağ ordusu», «Dağlıq Qarabağ sərhədi» ifadələrini istifadə etmir və Ermənistan ordusu, təmas xətti sözlərini işlədir - red.).
Artur Sakuns erməni tərəfi helikopterin vurulmasına kəskin addımlarla cavab verməməyə çağırıb. Onun fikrincə, bu yalnız gərginliyi artırar, qurbanlara səbəb olar, ilk növbədə Dağlıq Qarabağ, bütünlükdə isə Azərbaycan və Ermənistan üçün, bütün region üçün dağıdıcı nəticələrə gətirər.
«Hadisələrin bu cür inkişafı yalnız Putinə və onun siyasətinə əlverişlidir. Putin istəyir ki, ona tabe olan ərazilərdə vəziyyəti gərginləşdirsin. Biz Putinin təcavüzkar geosiyasətinin alətlərindən birinə çevrilmişik. Ona görə də ilk növbədə biz zərər çəkəcəyik», - deyə erməni politoloq Artur Sakuns vurğulayıb. (ANS Press)