Vaxt.Az

Səmədoğlunun səhhəti ağırlaşıb


 

Şair İsrailə getməyi lazım bilmir

Səmədoğlunun səhhəti ağırlaşıb Xalq şairi Vaqif Səmədoğlu Bakıda müalicəsini davam etdirir. Bu barədə AzVision. Az-a Xalq şairinin yaxınları məlumat verib. Bildirilib ki, V. Səmədoğlunun səhhəti bir qədər ağırlaşıb:

«O, Milli Onkologiya Mərkəzində vaxtaşırı müalicə alır. Əgər lazım olarsa aidiyyəti orqanlara müraciət edib İsrailə gedəcəyik. İndi ora getmək Vaqif müəllim üçün çox ağırdır və vəziyyəti də ağırlaşıb. O, özünü yaxşı hiss etmir. Ona görə də İsrailə getmirik. Biz bir il ərzində İsrailə gedib-gəlmişik. Hər şey onun özündən asılıdır. Həmçinin Vaqif müəllim İsrailə getməyi lazım bilmir. Onun ağrıları olmayanda əhvalı da yaxşı olur, kitab oxuyur».

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Səmədoğlunun «İstiqlal» ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Xalq şairi onkoloji xəstəlikdən əziyyət çəkir.

 





17.11.2014    çap et  çap et