Vaxt.Az

«Quska» «verbovka» edilib?


 

Almaniya kəşfiyyatına satılan kimi onun adı İnterpolun siyahısından çıxarılıb

«Quska» «verbovka» edilib? Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyə razılıq verib.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion məlumatı haqqin.az saytı yayıb. Məlumat sayta mötəbər mənbələr tərəfindən verilib. Mənbə deyib ki, Azərbaycanda daha çox «Quska» kimi tanınan sabiq deputat Almaniya ərazisində agentura fəaliyyətinə cəlb olunub.

Xəbərə görə, «Quska» alman xüsusi xidmət orqanları tərəfindən ələ alınandan və onlarla işləməyə razılıq verəndən dərhal sonra onun adı İnterpol xətti ilə axtarılan cinayətkarların siyahısından çıxarılıb.

Məlumatı verən mənbə onu da yada salıb ki, «Quska» əvvəllər Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) çalışan yüksək rütbəli şəxsin tövsiyəsi və zəmanəti ilə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmişdi.

«Əvvəllər MTN-də çalışan və kriminal keçmişə malik qalmaqallı sahibkarla bilavasitə işləyən həmin şəxs hazırda Baş Prokurorluqda vəzifə sahibidir. Hüseyn Abdullayevin Almaniyada atdığı son addımdan sonra həmin vəzifəli şəxs də çətin və çaşqın vəziyyətə düşüb. Belə ehtimal var ki, «Quska»nın alman kəşfiyyatının agentinə çevrilməsi o məmurun da başını ağrıdacaq» - deyə mənbə vəziyyəti haqqin.az saytına şərh edib.

Xatırladaq ki, H.Abdullayev uzun illər ərzində Azərbaycanda kölgə iqtisadiyyatının bir hissəsinə nəzarət edib, qaçaqmalçılıqla məşğul olub. 2-3 min nəfərdən ibarət qeyri-rəsmi silahlı qruplaşma saxlayıb, azad sahibkarları soyub-talayıb. Sonralar «Quska» bu imtiyazlardan məhrum edilib və müxalifətə keçib. Hazırda Almaniyada yaşayır...

 





19.11.2014    çap et  çap et