«Qafqazinfo»nun xəbərinə görə, Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Z. Əsgərov bildirib ki, ATƏT-in həmsədrləri son açıqlamalarında təxribatlı bəyanat veriblər: «Bəyanatda iddia edilir ki, guya vertolyot neytral əraziyə düşüb. Bu nə deməkdir? Burada heç bir neytral ərazidən söhbət gedə bilməz. Vertolyotun düşdüyü ərazi Azərbaycan ərazisidir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransa dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Onların bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir».