Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, bu dəfə Dilqəm Əsgərov və Şahbaz Quliyev guya onların «üzərində aşkarlanan» videogörüntülər barədə «hakim»in suallarını cavablandırblar.
Çıxışı zamanı Dilqəm Əsgərov bəyan edib ki, əgər erməni hərbçilər onu ələ keçirməsəydilər o, yenidən yaxınlarının qəbrini ziyarət etmək üçün Kəlbəcərə gələrdi.
Qeyd edək ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.