Mövzu ilə bağlı ekspert Nüsrət İbrahimov ANS PRESS-ə bildirib ki, Rusiyada yaşayan vətəndaşlar üçün manatın rubla nisbətən məzənnəsində 35 faizədək artması daşınmaz əmlakı əl çatmaz edir. Onların bu bazara investisiya yatırmaları demək olar ki məhdudlaşır.
Həmçinin digər tərəfdən neft birjalarında qiymətlərin aşağı düşməsi daxili bazarda bu daşınmaz əmlak bazarında da ona yatırılan pul kütləsinin azalmasına gətirib çıxarır.
O , qeyd edib ki, bu faktorlar onu göstərir ki, bu vəziyyət davam edərsə gələn il daşınmaz əmlakın qiymətlərinin düşməsi mümkündür.
Qeyd edək ki, Rusiyaya qarşı Qərbin sanksiyalarının başlamasından sonra rus rublu 40 faizədək ucuzlaşıb və 1 dollar hazırda 46 rubla bərabərdir.