Bu barədə AzVision.az «RİA Novosti»yə istinadən xəbər verir. Ermənistan və Beynəlxalq rekonstruksiya və inkişaf Bankı (Dünya Bankının strukturu) arasında «Siyasi inkişaf üzrə ikinci kredit» sazişi maliyyə naziri Qaqik Haçatryan və Dünya Bankının Ermənistan ofisinin direktoru Lauro Beyli imzalayıb.
Kredit 25 illik müddətə verilib. Krediti əldə etmək üçün Ermənistan biznes-atmosferinin yaxşılaşdırılması, hava daşımaları, və gömrük kimi sahələrdə islahatlar aparıb.