Vaxt.Az

Ərdoğan Kubada məscid tikdirir


 

Havanada 5 hektar ərazi ayrılıb

Ərdoğan Kubada məscid tikdirir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın «Kubaya məscid yaraşar» sözlərindən sonra bu ölkədə məscidin tikintisi üçün sahə ayrılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hökumət bunun üçün 5 hektarlıq ərazi ayırıb.

Türkiyənin Diyanət Vəqfinin sədr müavini, kubalı rəsmilərlə əməkdaşlıq edən Mustafa Tutkun məscidin türkiyədəkilərdən birinə oxşar tikilməsini təklif edib. Kubalı rəsmilər isə məscidin sadəcə bir ölkənin istəyi ilə deyil, ölkədə təmsil olunan İslam Konfransı Təşkilatı üzvü olan ölkələrin öhdəsinə düşən məsələ olduğunu deyib.

Məscid üçün ayrılan ərazi keçmiş Havanada yerləşir. 

 





20.11.2014    çap et  çap et