Vaxt.Az

Bayden Bakını təriflədi


 

ABŞ-ın vitse-prezidenti Azərbaycanın liderliyindən danışıb

Bayden Bakını təriflədi Bakı-Tiflis-Ceyhan boru kəməri mühüm enerji layihəsidir.

Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden İstanbulda enerji zirvə toplantısında çıxışı zamanı deyib. «Trend» xəbər verir ki, bu barədə şənbə günü "TRT Haber" telekanalı məlumat yayıb.

Baydenin sözlərinə görə, əvvəllər heç kim belə layihənin həyata keçiriləcəyinə inanmırdı, lakin Azərbaycan, Gürcüstan və Türkiyə onu reallaşdıra bildilər.

Vitse-prezident deyib ki, Bakı-Tiflis-Ceyhan layihəsinin reallaşdırılmasında mühüm məqamlardan biri Azərbaycanın liderliyi, Gürcüstan və Türkiyənin bu layihədə iştirakıdır.

 





23.11.2014    çap et  çap et