Vaxt.Az

Ali Radada koalisiya


 

Parlamentdə yaradılan ittifaqa 300 deputat qoşulur

Ali Radada koalisiya Ukraynada parlament çoxluğunun koalisiya yaratmaq haqda layihəsi razılaşdırılıb.

Azadliq.org bildirir ki, sənədi noyabrın 21-də 5 partiya– «Petro Poroşenko Bloku», «Xalq Cəbhəsi», «Samopomoş» birliyi, Radikal və «Batkivşina» partiyaları imzalayıb. Layihə imzalanarkən, baş nazir Arseni Yatsenyuk deyib ki, koalisiyaya Ali Radanın çoxluğu, yəni 300 deputat qoşulur.

Bundan əvvəl bildirilirdi ki, koalisiyada «Müxalifət bloku» və yanvarın 16-da Radanın qəbul etdiyi «diktator qanunu»na səs verənlər iştirak etməyəcəklər. Koalisiya milli təhlükəsizlik, məhkəmə-hüquq sistemi və seçki qanunvericiliyi də daxil olmaqla hakimiyyətin demək olar ki, bütün sahələrində islahatlar aparacaqları haqda razılığa gəliblər.

«Petro Poroşenko Bloku»ndan olan deputat Volodimir Groysman bildirib ki, rəsmi sənəd Ali Radanın birinci iclasında imzalanacaq.

 





23.11.2014    çap et  çap et