Vaxt.Az

Putindən sensasiya


 

«Ömürlük prezident olmaq fikrim yoxdur»

Putindən sensasiya Vladimir Putin ömürlük prezident olmaq fikrində olmadığını, bunun Rusiya üçün ziyanlı ola biləcəyini bəyan edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, V.Putin bu fikirlərini TASS-ın «Birinci şəxslər» adlı xüsusi layihəsi çərçivəsində sualları cavablandırarkən dilə gətirib. Bununla belə V.Putin prezidentliyə namizədliyini 2018-ci ildə də irəli sürəcəyini istisna etməyib.

V.Putin ona ünvanlanan «ömürlük dövlət başçısı qalmaq istəyirsinizmi, belə fikriniz varmı» sualına belə cavab verib: «Yox. Bu, düzgün deyil, ölkəyə də ziyandır, mənə də gərək deyil. İndi elə vəziyyətdəyəm ki, heç nəyi gizlətmək mümkün deyil. Yox, söhbət yorğunluqdan da getmir. Mən reallıqlardan çıxış edirəm. Nəyinsə quyruğundan bərk-bərk, dördəlli yapışmağın heç bir mənası yoxdur. Mən Rusiyaya səmimi şəkildə xidmət etdim və edirəm. Özümü ifadə və realizə etmək üçün əlimdən gələni edirəm. Amma təkrar edirəm, nədənsə bərk-bərk yapışmaq həm ziyanlıdır, səmərəsizdir, həm də maraqsızdır».

Putin deyib ki, Rusiya konstitusiyası ona namizədliyini yenidən irəli sürmək imkanı verir: «Bəli, namizədliyimin yenidən irəli sürülməsi imkanları və ehtimalı var. Konstitusiya mənə belə bir imkanı verir. Lakin bu, o demək deyil ki, mən belə bir qərarı mütləq qəbul edəcəyəm. Bu barədə düşünmək hələ tezdir. Vaxtı çatanda ümumi kontekstdən, ölkənin maraqlarından çıxış edəcəyəm və öz əhval-ruhiyyəmdən asılı olaraq nəsə bir qərar verəcəm. Yəni prezidentliyə namizədliyimi yenə irəli sürüb-sürməyəcəyimi hələ heç özüm də bilmirəm».

 





23.11.2014    çap et  çap et