Vaxt.Az

ABŞ-da həbslər kütləviləşdi


 

Missuri ştatına qoşun yeridildi, irqçiliklə bağlı aksiyalar nəzarətdən çıxıb

ABŞ-da həbslər kütləviləşdi ABŞ-ın Ferqüsson şəhərində davam edən toqquşmalarla bağlı polis əməkdaşları ən azı 29 nəfəri saxlayıb. AzVision.az-ın məlumatına görə, bu barədə yerli polisə məxsus «Twitter» səhifəsində məlumat paylaşılıb.

Missuri ştatının qubernatoru Cey Nikson Ferqüssona Milli Qvardiyanın yeridilməsi ilə bağlı əmr verib. 

Xatırladaq ki, axşam saatlarından etibarən ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində yerli əhali və polis əməkdaşları arasında toqquşmalar baş verib. 

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Xatırladaq ki, qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür. Onun öldürülməsi şəhərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. xəbər verdiyimiz kimi, hazırda Ferqüssonda komendant saatı elan edilib.

 





25.11.2014    çap et  çap et