Vaxt.Az

Olanddan gözlənilməz zərbə


 

Fransa Rusiyanın iki gəmisini təhvil vermir

Olanddan gözlənilməz zərbə Fransa prezidenti Fransua Olland Ukraynadakı vəziyyətlə əlaqədar «Mistral» tipli helikopter daşıyıcı gəminin Rusiyaya verilməsinin dayandırılması ilə bağlı qərara qəbul edib.

AzVision.az-ın məlumatına görə, bu barədə Rusiyanın «RİA Novosti» Yelisey Sarayının yaydığı bəyanata istinadən xəbər verir.

«Respublika Prezidenti hesab edir ki, hazırda Ukraynanın şərqində hökm sürən vəziyyət birinci «Mistral»ın Rusiyaya verilməsinə imkan vermir. Bununla əlaqədar olaraq «Mistral»ın Rusiyaya təqdim olunması prosesi yeni sərəncam verilənə qədər təxirə salınır», - deyə yayılan bəyanatda bildirilir.

«Vladivastok» adlı «Mistral» tipli ilk helikopter daşıyıcı gəmi Rusiya Hərbi Donanmasına hələ noyabrın 14-ü təqdim olunmalı idi.

Xatırladaq ki, 2011-ci ildə Fransa dəyəri 1,2 milyard avro olan hücum vertolyotları və zirehli texnikaları daşıyan 2 müasir gəminin inşası və Rusiyaya satılması haqqında müqavilə imzalayıb. 1-ci gəminin oktyabr və ya noyabr aylarında, 2-cinin isə 2015-ci ildə çatdırılması planlaşdırıldı.

 





25.11.2014    çap et  çap et