Müsavat sıralarından qovulan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy İsa Qəmbərə sualla müraciət edib:
«İsa Qəmbərə bir sual bir vəd! İsa bəy, Hacılıya Müsavat cameəsinin münasibətinin necəliyini çox gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz?
Vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm».