Vaxt.Az

100 manatlıq kurslar açılır


 

Əcnəbilər üçün ...

100 manatlıq kurslar açılır Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi qeyri-rezidentlərin Azərbaycanda yaşayan xarici vətəndaşların Azərbaycan dilinin mənimsənilməsi məqsədilə dil kursları təşkil edir.

Vaxt.az Tərcümə Mərkəzə istinadən xəbər verir ki, kursun aidiyyətli qrupu qismində xarici ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliklərində çalışan vətəndaşları, müxtəlif xarici qurumların Azərbaycanda fəaliyyət göstərən nümayəndələri, xarici şirkətlərin rəhbərləri və əməkdaşları, eləcə də Azərbaycan dilini öyrənmək həvəsində olan digər əcnəbi əsilli şəxslər nəzərdə tutulur. 5 ay müddətində davam edən kursların aylıq ödənişi 100 manatdır.

 





25.11.2014    çap et  çap et