Vaxt.Az

Erməni saytının Qarabağ etirafı


 

Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olması həqiqətinə 10 dəqiqə dözə bildilər

Erməni saytının Qarabağ etirafı Ermənistanın «Tert.am» saytı bu gün dərc etdiyi bir xəbərlə Dağlıq Qarabağın işğal edilmiş Azərbaycan ərazisi olduğunu etiraf edib.

ANS PRESS-in məlumatına görə, bu gün saat 17 radələrində sayta yerləşdirilmiş xəbərin başlığında iri hərflərlə bildirilir ki, Ermənistandan Qarabağa hərbi təlimlərə göndərilmiş helikopterlər daimi dislokasiya yerlərinə qayıda bilmir. Xəbərin içində isə Dağlıq Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğu bildirilir.

Xəbərdə həm də deyilir ki, iki ədəd hərbi helikopter təlimlər zamanı Azərbaycan tərəfindən atəşə tutulub və yararsız hala düşüb, hazırda həmin helikopterləri təmir etməyə çalışırlar.

Xəbər 10 dəqiqə saytda qalıb və sonra çıxarılıb. Erməni mətbuatı xəbərin hakerlər tərəfindən sayta yerləşdirildiyinə inanmırlar. «Tert.am»ın özü də bu barədə heç bir açıqlama vermir.

 





25.11.2014    çap et  çap et