Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Nazir müavini bildirib ki, martın 1-nə kimi gediş haqqının nağdsız ödənişinə keçilməsi üzərində iş aparılır:
«Lakin mən tam əminliklə deyə bilərəm ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə qədər ictimai nəqliyyatda elektron ödəniş sistemi tətbiq olunacaq».
M.Pənahov qeyd edib ki, ictimai nəqliyyatda yeni ödəniş sistemi Bakı Metropolitenində gediş haqqının ödənişi sistemi ilə və gələcəkdə ictimai nəqliyyatın bütün növləri ilə birləşdiriləcək:
«Nəqliyyat kartları ilə yanaşı, gediş haqqının bank kartları ilə ödənilməsi də mümkün olacaq ki, hazırda bununla bağlı iş aparırıq».