Vaxt.Az

«Cəlil qadın corablarını reklam etdi»


 

«Xanım dostları kitabı ayaqlarının üstünə qoyub şəkillərini çəkdiriblər»

«Cəlil qadın corablarını reklam etdi» O, 80-ci illər ədəbi nəslindəndir. Vaxtilə, fəal şair kimi tanınıb, amma nədənsə, indi dərc olunmur. Niyə? Şairin həyatında, yaradıcılıq dünyasında, ədəbiyyata münasibətində nə dəyişib? Sözün qısası, Aktual.az-ın «Yazarın bazarı» rubrikasının qonağı şair Vəli Xramçaylıdır.

- Vəli bəy, görüş yerinə gecikdiniz...

- Bağışla, qardaşoğlu. Gecə gec yatmışam.

 

- Çağırılan yerə həmişə gecikirsiniz?

- Gecikdiyim vaxtlar çox olub. Gecikdiyim üçün, yəqin, elə də böyük cəza verməzsən(gülür).

 

- Narahat olmayın, Vəli bəy...

- (sözümü kəsir) Suallar qaçmır. Aclığın varmı?

 

- Yox. Başlayaq?

- Elə bil, məhkəmədəyəm və sən də dövlət ittihamçısısan.

 

- Yaman gec-gec dərc olunursunuz...

- Meydanı siz gənclərə vermişik. Dərc olunuram. Amma az.

 

- Gec-gec dərc olunmağınıza səbəb reklamınızın az olmasıdır?

- Hə. Qadan alaram, bizlər qocalmışıq e. Bir-iki gənc var, bizim nəsli itirilmiş nəsil adlandırır. Əslində, bizim ədəbi nəslimiz tapıntıdır. Hər adam dərc oluna bilməzdi. İndi yerindən duran hər adam sayt açır. 

 

- Saytların çox olmasının nəyi pisdir?

- Pis olan odur ki, yaza bilən də, bilməyən də dərc olunur.

 

- Amma çoxları məşhurdur...

- Hər məşhur sənət əsəri yaratmır. 

 

- Belə çıxır ki, ətrafları genişdir?..

- Hə qadan alım...

 

- Cəlil Cavanşiri tanıyırsınızmı?

- «Qadın corabları»nı yazanı deyirsən?

 

- Bəli.

- Tanıyıram.

 

- Sizcə, Cəlil Cavanşirin «Qadın corabları» romanı oxucular arasında maraqla qarşılandı, yoxsa ətrafının reklamı idi?

- Ətrafının reklamı idi. Cəlil qadınların corablarını yaxşı reklam etdi. Xanım dostları sağ olsunlar, əsas da ayaqları və corabları.

 

- Niyə ayaqlar və corablar?

- Xanım dostları kitabı ayaqlarının üstünə qoyub şəkillərini çəkdiriblər. Amma uğurlu təbliğatdır. 

 

- Seymur Baycan...

- (sözümü kəsir) Yazıçı olub-olmadığını soruşacaqsan?

 

- Ona bənzər sual verəcəkdim...

- Seymur Baycan yazıçı deyil. Bunu özünə də demişəm.

 

- Seymur Baycanın «18.6 sm», «Quqark» kitabları ən çox satılanlar arasındadır.

- Olsun da. Dostları və ətrafı təbliğ edir. Seymur Baycan yazıçı deyil. Onun «Körpüsalanlar» kitabını oxumuşam. 

 

- Bəyənmisiniz?

- Özünə bildirmişəm iradlarımı. Düzdür, iradlarımı qəbul etməyib. Bir daha qeyd etmək istəyirəm, yazıçı deyil.

 

- Qan Turalı necə yazardır?

- Qan Turalı çox istedadlı oğlandır. Köşələrini oxuyuram və çox bəyənirəm.

 

- Romanlarını bəs?

- Qadan alım, versinlər oxuyum da. Oxumamışam.

 

- Müsahibə vasitəsi ilə mesaj göndərmiş oldunuz...

- Hə, qadan alım(gülür).

 

- Şərif Ağayar...

- (sözümü kəsir) Şərif Ağayar yaxşı şairdir. Şeir kitabını oxumuşam. Çox bəyənirəm.

 

- Şərif Ağayar artıq nəsrə keçib...

- Bilirəm. Qardaşına demişəm. Nəsr kitablarını da gətirəcək.

 

- Yazar içməsə, yaza bilmir?

- İçməyən yazarlar o qədərdir ki...

 

- Niyə heca vəznində şeir yazan şairləri topa tuturlar?

- Heca vəznində şeir yazmağı hər kəs bacarmır. 

 

- Ad çəkə bilərsiniz?

- Yox. 

 

- Çəkindiniz?

- Yox. Çoxdur. Saysam, vaxt gedər. 

 

- Sərbəst şeirlər yazmısınız?

- Yazmışam və yazıram da. Amma heca vəznində daha çox yazıram.

 

- AYB-nin üzvüsünüz?

- Bəli.

 

- Amma, deyəsən, incik olanlardansınız...

- Yox. 

 

- AYB-dən nəsə ummusunuz?

- Yox. Mən o yazarlardan deyiləm.

 





22.11.2014    çap et  çap et