Vaxt.Az

Müsavat rəsmən parçalandı


 

Qubad İbadoğlu yeni hərəkat yaradıldığını bəyan etdi

Müsavat rəsmən parçalandı Müsavat partiyasının üzvü Qubad İbadoğlunun yaratdığı qurumun adı bəlli olub. AzNews.az xəbər verir ki, Qubad İbadoğlu bu haqda mediaya verdiyi müsahibə deyib.

Onun sözlərinə görə, yaradılan qurumun adı «Azərbaycan Demokratiya və Rifah» hərəkatıdır.

«İctimai hərəkatda Müsavatdan gedənlər yenidən toplanmaq qərarına gəlib. Bu hərəkatın Müsavatla bağlılığı yoxdur. Əsasən ziyalılar və gənclərdən ibarət qurum olacaq», - deyə Qubad İbadoğlu əlavə edib.

Müsavat partiyasından çıxarılan Səxavət Əlisoy AzNews.az-a açıqlamasında bildirib ki, yeni hərəkatla bağlı bu gün bəyanat yayılacaq.

«Azərbaycan Demokratiya və Rifah» hərəkatında siz də təmsil olunacaqsınızmı?» sualına S.Əlisoy belə cavab verib: «Təkbaşına hərəkat yaradılmır. Bu hərəkatın qapıları populizmdən uzaq gənclərin, ziyalıların, istefa verən partiya üzvlərinin, partiyadan uzaqlaşdırılan şəxslərin, istefa barədə düşünənlərin üzünə açıq olacaq».

Müsavat partiyasının Qadınlar Şurasının üzvü Ellada Məmmədli də «Azərbaycan Demokratiya və Rifah» hərəkatının təşəbbüs qrupunun üzvü olduğunu vurğulayıb.

 





03.12.2014    çap et  çap et