Vaxt.Az

Bakıda ABŞ-İran insidenti


 

Səfirliyin işçisi ABŞ diplomatının oğlunu maşınla vurub

Bakıda ABŞ-İran insidenti Ötən şənbə günü Bakının Səbail rayonunda ABŞ səfirliyinin birinci katibi Stefan Qaysinin oğlunu maşın vurub.

Bu haqda Səbail rayon polis İdarəsindən vesti.az-a bildiriblər. Məlumata görə diplomatın oğlu, 1997-ci ildə anadan olmuş Ceremi Qaysi Badamdar şossesində, 129 saylı binanın qarşısında İran istehsalı olan «Sipa Tiva» markalı avtomobillə vurulub. Avtomobili Bakı şəhər sakini Zaur Rzayev idarə edirmiş. Nəticədə diplomatın oğlu SOS klinikasına aparılıb və orada ona tibbi yardım göstərilib, daha sonra evə buraxılıb. İnsidentlə bağlı araşdırma aparılır.

 





15.12.2014    çap et  çap et