Ə. Qarayev erməni tərəfinin UNESCO-da apardığı fəaliyyəti «mədəniyyət sahəsində müharibə» kimi qiymətləndirib: «Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq».