Vaxt.Az

Agentlərin «qara siyahı»sı


 

Azərbaycan sığortaçılarının birgə əməliyyatı

Agentlərin «qara siyahı»sı Azərbaycanın sığorta şirkətləri birləşərək dələduz sığorta agentlərinin «qara siyahı»sını hazırlayacaq.

ANS TV-nin məlumatına görə, şirkətlər bununla bağlı təkliflərini ayın sonuna qədər Azərbaycan Sığortaçılar Assosiasiyasına təqdim etməlidirlər. İlkin təklif belədir ki, sığorta şirkətləri rastlaşdıqları dələduzluq halı ilə bağlı faktları, həmin agentin günahkar olmasını sübut edən sənədlərlə birgə bazaya daxil etsin. Bu məlumat bazası isə yalnız şirkətlər üçün açıq olacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov qeyd edir ki, bəzən elə olur, agentliklər satış zamanı müştəriyə səhv məlumat verir və hər şeyə boyun olur. Sabah hadisə zamanı isə müştəri porblemin həlli üçün sığorta şirkətinə müraciət edir. O bu cür halların aradan qaldırılması üçün həmin dələduzların siyahısının hazılrtanacağını deyir. Bu siyahıda daxil olanlar sığorta bazarında artıq işləyə bilməyəcəklər.

 





19.12.2014    çap et  çap et