Vaxt.Az

Vətənə xəyanət şübhəli bilinən dindar...


 

...QMİ-də vəzifə sahibi imiş

Vətənə xəyanət şübhəli bilinən dindar... Dünən həbs edilməsi haqda xəbərlər yayılan dindar Elşən Mustafaoğlu Qafqaz Müsəlmanlar İdarəsində (QMİ) vəzifə alıbmış.

Virtualaz.org xəbər verir ki, bu barədə «Facebook»da yazılıb. 

Xatırladaq ki, İlahiyyatçı Elşən Mustafaoğlu bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. 

Məlumatı islamazeri.az-a Elşən Mustafaoğlunun yaxınları təsdiqləyib. 

Daxil olan məlumata görə, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 3 gündür ki, MTN-in təcridxanasında saxlanılır.  

Elşən Mustafaoğlunun dövlətə xəyanət maddəsi ilə ittiham edildiyi barədə məlumat yayılıb. Lakin xəbər rəsmi olaraq təsdiqlənməyib.

 





20.12.2014    çap et  çap et