Vaxt.Az

Rusiyada araq böhranı


 

İstehsal azalıb

Rusiyada araq böhranı Rusiyada noyabr ayında araq istehsalı ilin əvvəlinə nisbətən 38,5 faiz aşağı düşüb. Bu barədə azvision.az Rusiyanın «Kommersant» qəzetinə istinadən xəbər verir.

Ekspertlərin fikrincə, bu, rublun məzənnəsinin aşağı düşməsi və hökumətin spirtli içkilər üçün aksiz markalarının dondurulması qərarı ilə bağlıdır.

Noyabr ayında Rusiya zavodları 7 milyon dekalitr araq istehsal ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz azdır.

Ekspertlər vurğulayıblar ki, noyabrda qeydə alınan bu göstərici ilin əvvəlindən bəri qeydə alınan ən böyük göstəricidir.

 





22.12.2014    çap et  çap et