«İnternetdə məni müzakirə edirdilər. Kostyumum hardandı və qalstuklarımı kim seçir? Heç kəs seçmir. Nə stilistim var, nə də kostyum seçənim. Bəzi prezidentlər bütün səfərlərində onları özləri ilə aparırlar».
Bununla yanaşı, Nazarbayev uşaqlıqdan bütün işlərini özü
gördüyünü deyir: «Sadəcə,
mən uşaqlıqdan fəhlə oğlan olmuşam. Mən kəndlilərin arasından, ən aşağılardan
çıxmışam. Yeri gəlmişən, əmək fəaliyyətinə metallurq kimi başlamışam. Kürək və
lom əlimdə çalışmışam və məhz bu iş məni formalaşdırıb».