N. Nazarbayev bunu Astanada jurnalistlərlə keçirdiyi ilk görüşündə deyib. O bildirib ki, indi müstəqilliyin itirilməsi və Sovet İttifaqının yenidən yaradılması barədə söhbətlər gedir: «Boş şeydir. Kim Sovet İttifaqını bərpa etmək istəyirsə, onun ağlı yoxdur. Marksist-leninçi ideologiya vardı, Kommunist Partiyası vardı, vahid iqtisadi orqanizm vardı, indi isə bunların heç biri yoxdur. Bu gün uşaqdan soruşsaq ki, Lenin kimdir, cavab verə bilməyəcək» (APA).