İqtisadçı ekspert Vüqar Bayramov Bu barədə bu barədə öz «Facebook» səhifəsindəki şərhində yazıb.
O qeyd edib ki, Azərbaycanda «Aİ 92» markalı benzinin qiyməti dövlət tərəfindən tənzimləndiyi üçün onun ucuzlaşdırılması məqsədə uyğun deyil: «Tənzimlənən qiymətlərin dünya bazar qiyməti ilə birbaşa əlaqəsi olmadığından birjalardakı dəyişikliklərə reaksiya verilməməsi iqtisadi baxımdan da məqbuldur. Çünki bir sıra digər ödənişlər, eləcə də subsidiyaların məbləği məhz tənzimlənən qiymətə uyğun olaraq müəyyənləşdirilir. Bununla belə, istehsalçı ölkədə ucuzlaşdığı üçün idxal olunan «Aİ 95» və «Aİ 98» markalı benzinin qiymətinin aşağı salınması olduqca vacibdir. Bu markalı benzinlərin qiymətini bazar müəyyənləşdirdiyi üçün mənbənin ölkədəki dəyişikliklərə reaksiya verərək sözügedən benzin markalarının ucuz qiymətə təklif etməsi nəinki vacibdir, bu həm də bazarın diktəsidir».