Virtualaz.org saytı xəbər verir ki, qəzetlərdə Almaniyanın Konstitusiyanı Qoruma Təşkilatı tərəfindən «Təşkilata agentlik edəcək şəxslər axtarılır» başlıqlı elanlar verib. Lakin bu elan ciddiyə alınmadığından onunla heç kəs maraqlanmayıb.
Elanın nəticə vermədyini görən təşkilatın rəhbəri Hans Georg Maassen mətbuata açıqlama verib. O, açıqlamasında «zarafat deyil, həqiqətən işçi axtarılır» deyib.
H.G.Maassen təşkilatda çalışanların ciddi işlər gördüyünü də bildirib: «Bu kəslər ölkəmizin təhlükəsizliyinə xidmət edəcəklər».
Təşkilat rəhbərinin sözlərinə görə, bu işçilər yaxşı maaş da alacaq. Təşkilatda yeni vəzifəyə başlayan şəxs 2900 avro maaş alır.