Milli.az Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət tərəfindən şirkətlərə belə bir göstəriş verilib. Dövlət şirkətləri arasında yalnız «Qazprom» istisnadır. Lakin bu şirkətin də mərasimi elə də dəbdəbəli olmayacaq.
«Komsomolskaya Pravda» yazır ki, Dövlət Dumasının deputatları Yeni il mərasimlərindən imtina etməyiblər. Onlar şənlikləri öz vəsaitləri hesabına təşkil edəcəklər. Duma üzvlərinin bayram üçün xərclədikləri vəsaitin miqdarı sirr olaraq qalır.
Yeni il tədbirlərinin keçirilməsi barədə tenderlər 4 dəfə azalıb. Bayram tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsait isə 10 dəfə azaldılıb.