Qeyd edək ki, Ərdoğan indiyədək nikah şahidi olduğu gənclərə ən azı 3 uşaq dünyaya gətirməyi məsləhət görməsi ilə məşhurdur. O, bu tövsiyəsini bütün belə mərasimlərdə dilə gətirib.
«Nəsil artırmağın, çoxlu uşaq sahibi olmağın həm iqtisadi, həm də mənəvi əhəmiyyəti böyükdür» - Ərdoğanın tövsiyəsi bu şəkildədir.
Yada salaq ki, Türkiyə prezidenti bir ay əvvəl də qalmaqallı bəyanat verməklə Türkiyə cəmiyyətini təəccübləndirmişdi. Ərdoğan kişilərlə qadınların bərabər olmadığını vurğulamış, əlavə etmişdi ki, feminist qadınlar ana olmağın dəyərini anlamırlar.
2012-ci ildə isə o zamankı baş nazir Ərdoğan abortları qadağan etməyə çalışmış, lakin ictimai qınaqdan qorxaraq bu niyyətindən geri çəkilmişdi.
Ərdoğanın bu çıxışları səbəbsiz deyil. Son illər Türkiyədə əhalinin təbii artımı zəifləyib. Dünya Bankının məlumatına görə, doğum əmsalı 1990-cı ildə 3,08 idisə, 2012-ci ildə bu göstərici 2,07-yə düşüb.