Ancaq mətbuat üçün şirkətlərin açıqladığı birgə press-relizdə bu Sazişdə pay bölgüsünə dair heç bir məlumat yox di.
Caspian Barrel-in eksklüziv olaraq SOCAR-ın Sərmayələr İdarəsindən əldə etdiyi məlumata görə, sazişdə SOCAR və BP eyni payla təmsil olunublar – hərəyə 50 faiz.
Qeyd edək ki, bu, hazırda BP-nin Xəzərdə kəşfiyyatla bağlı ikinci HPB layihəsidir. Bundan əvvəl «Şəfəq» və «Asiman» strukturları ilə bağlı saziş imzalanmışdı.