Nazirliyin nümayəndəsi Ərəb Yusifov APA-ya bildirib ki, «Turac» adlı ov tüfənglərindən biri qoşalülə, digəri isə yarımavtomatdır. Hər iki tüfəng 12 kalibrli patronlardan atəş açır. Yarımavtomat tüfəngin çəkisi 3 kiloqram, qoşalülə tüfəngin çəkisi isə 3,5 kiloqramdır.
Ov tüfənglərinin yaxın vaxtlarda satışa çıxarılması planlaşdırılır.
MSN ov tüfəngləri ilə yanaşı, ov tüfəngləri üçün müxtəlif sursatlar, o cümlədən «Qartal» markalı ilə patronlar istehsal edir.