Vaxt.Az

Qarabağla bağlı sensasiya


 

Rusiya imperatorlarının Qarabağ və İrəvanın Azərbaycana məxsus olması barədə bu günə qədər məlum olmayan iqtibasları tapılıb

Qarabağla bağlı sensasiya Azərbaycan prezidenti İlham Əliyevin indiki Ermənistanın Azərbaycanın İrəvan xanlığı ərazisində yaradılması barədə bəyanatı tarixi faktlara əsaslanır.

«Yalnız bu gün - XXI əsrdə Azərbaycan dövlətinin lideri deyil, bundan öncəki əsrlərdə də qonşu Rusiya, İran və Osmanlı imperiyalarının liderləri İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının Azərbaycana məxsus olduğunu bildiriblər», - deyə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov «İnterfaks-Azərbaycan» agentliyinə bildirib.

O, ilk dəfə olaraq arxiv materiallarını, xüsusilə Rusiya imperatorları I Pyotr, II Pyotr və I Paveldən sitatlarını dərc etdirmək qərarına gəlib. Osmanlı, İran və Rusiya imperiyaları arasında imzalanmış beynəlxalq saziş və fərmanlarda Qarabağ, Şirvan, Gəncə, İrəvan, Naxçıvan və digər Azərbaycan torpaqları «Ardibijan əyalətləri» kimi qeyd edilir.

O, həmçinin qeyd edib ki Azərbaycan xanlıqları bəzi məqamlarda «Ezerdabican, Aderbycan və ya Ardibijan kimi səsləndirilsə də, burada heç bir erməni sözü eşitmək mümkün deyil. «İstənilən halda indi Ermənistan rəhbərliyi və alimlərinin erməni ictimaiyyətini inandırmağa çalışmasına baxmayaraq, o zaman heç kimin ağlına bu torpaqları Şərqi Ermənistan adlandırmaq gəlmirdi»,- deyə F.Axundov qeyd edib.

O, ilk dəfə olaraq Rusiya İmperiyasının Xarici İşlər Nazirliyinin Asiya Departamentinin direktoru, imperator sarayında nüfuzlu simalardan olmuş S.M.Bronevski tərəfindən Azərbaycan ərazisi barədə toplanmış imperator fərmanlarından sitat gətirib.

«Rusiya və Osmanlı imperiyaları arasında Azərbaycanın bölünməsi barədə 1724-cü ildə imzalanmış müqavilələrdə bildirilir: «.... Digər Ezerbadiycan əyalətləri - Gəncə, Bərdə, Qarabağ, Naxçıvan, Rivan (Azərbaycanın İrəvan şəhəri), Üçkilsə və İrəvan əyalətinə məxsus olan bütün şəhər və torpaqlar bütün mənsubiyyətləri ilə Vısokaya Portanın idarəsi altına keçəcək». İmperator I Pavelin fərmanında Azərbaycan torpaqları bu qaydada sadalanıb: «... Ərdəbil İrana qalır, Təbriz, Ərdabad, Təbriz gölü, Mereid, Marağa, Rumiye, Qui, Çarise, Selmas, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və digər Ardibijan əyalətləri bütün mənsubiyyətləri ilə Portaya verilir».

İmperator II Pavelin 1727-ci ildə verdiyi fərmanında isə Azərbaycana dair belə bir qeyd var: «.... Kür və Araz arasındakı bütün ərazilər» Rusiya imperatoru I Pavelin 1799-cu ildə Dövlət Xarici İşlər Kollegiyasına göndərdiyi fərmanda qeyd edilir ki, İrəvan, Gəncə, Qarabağ və digər xanlıqlar da Azərbaycana daxildir: «...Osmanlı imperiyası ilə qonşu olan, bir zamanlar İran dövlətinə məxsus olmuş və Gürcüstandan başqa, xüsusi xanlar tərəfindən idarə olunan Gəncə, İrəvan, Xoy, Qarabağ, Təbriz və digər digər xanlıqları əhatə edən Aderbaycanda ....»,- deyə F.Axundov qeyd edib.

«Yəni Rusiya, Osmanlı və İran imperiyalarının sənədlərində Azərbaycan torpaqları hansısa uydurma Şərqi Ermənistan torpaqları kimi deyil, Cənubi Qafqazda geniş ərazilər, o cümlədən indiki Ermənistan Respublikasının ərazisini Azərbaycan torpaqları kimi əks etdiriblər. Beləliklə, yuxarıda qeyd olunan təkzibedilməz faktlar sübut edir ki, İrəvan xanlığı Azərbaycan torpağıdır və orada yerləşən bütün qədim memarlıq abidələri, o cümlədən İrəvan qalası Azərbaycan xalqının tarixi mədəni irsidir»,- deyən F.Axundov əlavə edib ki, Azərbaycan prezidenti də bu gün məhz bunun belə olduğunu söyləyir.

«Lakin görünür, Rusiya, Osmanlı və İran imperatorlarının da sözləri Ermənistan rəhbərliyinə və alimlərinə azlıq edir ki, onlar Azərbaycanın XX əsrin əvvəllərində yaranması fikrində inadla israr edirlər», - deyə şöbə müdiri vurğulayıb.

O deyib ki, bu günə qədər bütün bu faktlar Ermənistan rəhbərliyinin və alimlərinin səyləri nəticəsində erməni xalqından gizlədilib. «Erməni ictimaiyyətinə informasiya dəstəyi» layihəzi məhz bu yalan və saxtakarlıqların ifşa edilməsinə yönəldilib. Bu layihə çərçivəsində bir neçə xəbər saytlarında və portallarda dünyanın nüfuzlu alim və ictimai xadimlərinin, siyasətçilərinin, din xadimlərinin və başqalarının sitatlarının əks olunduğu informerlər yerləşdirilib ki, bütün bunlara bu günə qədər Ermənistanda tabu qoyulub.

Rusiya imperatorlarının sənədlərindən götürülmüş bütün sitatlar dekabrın 24-dən etibarən informerlərdə yerləşdiriləcək. Qoy erməni ictimaiyyəti özü müəyyən etsin - hansı daha çox həqiqətə uyğundur, Rusiya imperatorlarının sitatları, yoxsa indiki Ermənistan rəhbərliyinin bəyanatları. Və əgər Azərbaycan prezidenti İlham Əliyev öz bəyanatlarında tarixi faktlara əsaslanırsa, Ermənistan prezidenti Serj Sarqsyan öz xalqını tarix elmi məkanından uzaqda saxlayır», - deyə F.Axundov qeyd edib.

 





24.12.2014    çap et  çap et