Nəticədə dekabrın 1-ə bu sahəyə ayrılan kreditlərin həcmi 1 milyard 162 milyon manata çatıb. Son aylar isə bu proseslər daha da sürətlənib. Belə ki, təkcə noyabr ayında daşınmaz əmlakın tikintisinə və alınmasına 124 milyon manat xərclənib. Bu hesabla noyabrın hər günündə əmlak bazarına bu və ya digər formada 4 milyon manatdan (5 milyon dollardan) artıq vəsait yatırılıb.
Müqayisə üçün bildirək ki, noyabr ayında ölkədə verilən istehlak kreditlərinin həcmi cəmi 144 milyon manat təşkil edib. Bu hesabla həmin dövrdə verilən istehlak kreditlərinin 86 faizi məhz əmlak bazarına yönəldilib.